“Milli komandanın oyunlarına bəlkə də, klubdakı oyunlarımızdan daha ciddi hazırlaşırıq. Qarşıdakı iki oyunda əlimizdən gələni edəcəyik. Bizdən aslı olan və olmayan səbəblər var ki, qələbə qazanmağımıza mane olur. Yaxşı oynayıb, nəticə qazanmaq üçün var gücümüzlə çalışacağıq. Nə lazımdırsa, qurban verəcəyik ki, qarşıdakı matçlarda uğur qazanaq”.
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Qara Qarayev UEFA Millətlər Liqasının 4-cü turunda doğma meydanda Malta ilə heç-heçə etdikləri oyundan(1:1) sonra jurnalistlərə açıqlamasında deyib.
O, bugünkü heç-heçəni millinin uğuru adlandırıb: “Düşünürəm ki, Qurban müəllimin gəlişindən sonra bugünkü oyun millinin ən yaxşı oyunlarından biri oldu. Xeyli qol epizodu yaratdığımız matçlardan biri idi. Yetmiş faiz yox, yüz faizlik qol şansları yaratdıq. Məncə, bu yaxşı oyunmuzu sabit saxlamalıyıq. Hər oyun belə oynasaq, nəticə qazanacağıq. Bugünkü heç-heçəyə uğursuzluq deməzdim. Buna millinin uğuru deyərdim. Yığmamız daha yaxşı oynamağa başlayıb. İstədiyimiz epizodları yarada bilirik. Oyun ərzində rəqibə elə də çox şans vermədik. Sadəcə, bir epizodları oldu və ondan da istifadə etdilər. Biz komanda olaraq daha yaxşı oynadıq. Biz də güclülərə qarşı müdafiə olunub, xal ala bilirik. Bizə qarşı da müdafiə olunub, xal ala bilirlər. Qələbə qazansaydıq, daha yaxşı olardı. Məncə, belə davam edib, bu tempi, uğuru saxlamaq lazımdır”.
26 yaşlı yarımmüdafiəçi bildirib ki, yığmamız reytinqinə görə Malta və Kosovadan o qədər də yüksəkdə deyil: “Düşünürəm ki, bizdən nə qədər çox şey istəsəz, biz daha yaxşı olmağa çalışacağıq. Sizin – azarkeşlərin, jurnalistlərin bizdən yaxşı nəticələr istəməsi normaldır. Amma bir məsələ də var ki, bütün yığmalar güclülərə qarşı müdafiədə oturub, mübarizə apara bilirlər. Millimiz reytinqdə Malta, Kosova kimi komandalardan 4 pillə yuxarıda deyil. Bu, öz komandamı aşağılamaq deyil. Sadəcə, biz onlardan 1-2 pillə yuxarıdayıq”.
Q. Qarayev qarşıdakı oyunlarda qələbə üçün əllərindən gələni edəcəklərini söyləyib:“Ermənistanın Cəbəllütariqə məğlub olması gözlənilməz idi. Amma bayaq dediyim kimi, artıq bütün komandalar ən azı 1 xal üçün mübarizə apara bilir. Kosova ilə matçda qələbə qazanarıq. Buna söz vermək bir futbolçu olaraq çətin bir məsuliyyətdir. Amma yenə deyirəm, qarşıdakı oyunlarımızda qələbə üçün nəyimiz varsa, qurban verməyə hazırıq və verəcəyik də”.
Kurt Zuma BƏƏ klubunda
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama
Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Mbappedən 60 ilin rekordu
“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq”
"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
Mbappe və Dembelenin qolları - Video
Azərbaycanın UEFA reytinqində əmsalı artdı
Avropa Liqasında 6 oyun keçirildi
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı
DÇ-2026: İlk yarımfinalçı Fransa oldu