Milli komandamızın hücumçusu Rüfət Dadaşov Millətlər Liqasının Malta ilə Bakıda keçirilən oyunundan sonra (1:1) Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqqında nə deyə bilərsiniz?
- Məncə, çox yaxşı oynadıq. İmkanlarımız da oldu. Amma bəxtimiz gətirmədi. Rəqibin bir epizodu oldu və ondan yararlandı. Daha sonra bərabərliyi əldə etdik. Ondan sonra da qol vəziyyətələrimiz oldu, amma vura bilmədik. Top sanki qapıdan keçmək istəmirdi.
- Mahir Mədətov oyundan çıxarkən azarkeşlər tərəfindən fitə basıldı. Bu barədə nə deyə bilərsiniz?
- Başa düşmədim, niyə belə etdilər? O, yaxşı oyunçudur, matçı da yaxşı keçirmişdi.
- Növbəti oyunlarda nəyə ümid edə bilərik? Qrupdan çıxmaq şansımız varmı?
- Əlbəttə, hələ ki, şanslarımız davam edir. Biz sübut etdik ki, yaxşı oynaya bilirik.
- Üçillik fasilədən sonra milliyə yenidən dəvət aldın. Təəssüratların necədir?
- Doğrudur, uzun zaman sonra milliyə qayıtdım və iki oyun keçirdim. Düşünürəm ki, normal oynadım.
- 4 il əvvəl sizin də oynadığınız qarşılaşmada Maltaya qalib gəlmişdik. Bu gün isə alınmadı...
- Düşünürəm ki, 4 il öncəkindən daha yaxşı oynadıq, amma futboldur, alınmayanda alınmır.
- O vaxtkı komanda ilə indikini və ya baş məşqçiləri müqayisə edə bilərsən?
- Məşqçimiz çox yaxşı işləyir, biz də yaxşı futbol oynayırıq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti