“Bu gün meydana ancaq qələbə üçün çıxmışdıq. Rəqibi analiz edib, onlara uyğun taktika seçmişdik. Ancaq alınmadı. Hücumların məntiqi sonluğunu gətirməkdə çətinlik çəkdik. Təəssüf ki, futbolda hər şey olur”.
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Maksim Medvedev UEFA Millətlər Liqasının 4-cü turunda doğma meydanda Malta ilə heç-heçə etdikləri oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.
O, bəxtlərinin gətirmədiyini söyləyib: “Bu gün həm bəxtimiz gətirmədi, həm də son zərbələrdə çətinlik çəkdik. Komandamızda təcrübəsiz futbolçular var. Biz oyunu daha yaxşı idarə etməliydik. Bir çox qol imkanlarından yararlana bilmədik, nəticədə iki xal itirdik. İşimiz bir az çətinləşdi. Amma yenə də şansımız davam edir. Gələn ay bizi iki çətin oyun gözləyir. Qrupdan lider çıxmaq üçün bu oyunlardan maksimum xal almalıyıq".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti