"Komandam yaxşı performans göstərdi. Azərbaycan çox yaxşı komandadır. Biz səfərdə qol vurduq, xal qazandıq. Kosovo ilə oyundan fərqli çıxış etdik. Baxmayaraq ki, çətin oyundan gəlmişdik, komandanın çıxışından razı qaldım".
Qol.az xəbər verir ki, bu sözləri Malta yığmasının baş məşqçisi Rey Farruciya UEFA Millətlər Liqasının IV turunda Bakıda millimizlə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.
- Kosovoya məğlubiyyətdən sonra komanda çox tənqid olunurdu. Bu gün isə daha güclü rəqiblə oyundan xalla ayrıldınız...
- Həyat belədir. Mən, təbii ki, insanlara qulaq asır, onlardan öyrənirəm. Hamının fikrini eşidirəm. İnsanların bizi tənqid etməyə haqqı var. Bundan daha da güclənirik. Bizim yaşı 21-dən aşağı olan bir neçə futbolçumuz var. Düzgün istiqamətdə irəliləyirik. Daha da güclü olmağımız üçün vaxta ehtiyac var.
- Bu gün gənc futbolçuların çıxışı sizi qane etdi?
- 10 ildən sonra fəlsəfəmizi dəyişmişik. Bugünkü oyundan çox razı qaldım. Nəzərə alsaq ki, Azərbaycan fantastik komandadır və futbolçularım hücuma getməkdən çəkinmirdilər nəticədən xeyli razıyam.
- Oyundan öncə də komandanıza inandığınızı bildirirdiniz. Bu inam nədən qaynaqlanırdı?
- 12 illik təcrübəm var. Məni tanıyanlar bilir ki, heç vaxt təslim olmuram.
- Qrupdakı hər iki xalı Azərbaycandan aldınız. Bu rəqibin zəif nöqtəsi nədir ki, komandanızı məğlub edə bilmir?
- Hər oyunun öz hekayəsi var.Azərbaycan çox yaxşı rəqibdir. Fikrimcə, ən yaxşı oyunumuzu Farerə qarşı keçirmişik. Bugünkü oyunda komandamı sərgilədikləri əzmkarlığa görə təbrik etmək istəyirəm.
- Növbəti iki oyunu evdə keçirəcəksiniz. Həmin matçlardan gözləntiləriniz nədi?
- Bizim üçün hər oyunçunun hazır olması lazımdır. Növbəti oyunları səbirsizliklə gözləyirik.
- Bugünkü görüşü futbolçularınızın vaxt uzatması hesabına qazandığını qəbul edirsinizmi?
- Bu, futbolun bir hissəsidir. Epizodların birində iki futbolçu baş-başa dəydi. Ümumilikdə isə futbolçularımdan razı qaldım.
Kurt Zuma BƏƏ klubunda
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama
Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Mbappedən 60 ilin rekordu
“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq”
"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
Mbappe və Dembelenin qolları - Video
Azərbaycanın UEFA reytinqində əmsalı artdı
Avropa Liqasında 6 oyun keçirildi
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı
DÇ-2026: İlk yarımfinalçı Fransa oldu