"İlk hissədə kifayət qədər qol imkanımız oldu. Komandam rəqibdən daha yaxşı oynadı. Ancaq ikinci hissədə davamını gətirə bilmədik".
Qol.az-ın məlumatına görə, bu sözləri Farer adaları yığmasının baş məşqçisi Lars Olsen UEFA Millətlər Liqasının 3 turunda evdə millimizə 0:3 hesabı ilə məğlub olduqları oyun haqda danışarkən deyib. Məğlubiyyəti şərh edən mütəxəssis qol vura bilməmələrindən şikayətlənib:
"Bu qədər şansı boşa verəndə rəqib səni cəzalandırır. İkinci hissədə hesabı bərabərləşdirmək üçün imkanlarımız oldu. Amma istifadə edə bilmədik. Qol vurmalı olduğumuzu bilirdik, ona görə də ilk dəqiqələrdən topa nəzarət etməyə çalışdıq. Deyərdim ki, istədiyimiz alındı, sadəcə, adi səhvlərdən qollar buraxdıq”.
Olsen Azərbaycanın heç nə ilə fərqlənmədiyini bildirib: “Təəssüf ki, əvəzetmədən meydana daxil olanlar da vəziyyəti dəyişə bilmədilər. Bilirdik ki, oyun belə alınacaq. Odur ki, Azərbaycanın bizi nə iləsə təəccübləndirdiyini deyə bilmərəm. Bundan sonra qalan oyunlara köklənməliyik. Ancaq reaallıq budur ki, qarşıdakı 3 oyunda qazana biləcəyimiz mümkün qələbə belə bizim üçün heç nəyə təminat verməyəcək”.
Qeyd edək ki, səfərdə Farer adaları üzərində qazanılan qələbə millimizi qrupda ikinci pilləyə yüksəldib.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti