Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarına start verilib.
Qol.az-ın məlumatına görə, D liqasının 3-cü qrupunda yer alan millimiz də növbəti görüşünü keçirib. Qurban Qurbanovun komandası səfərdə Farer adaları yığmasının qonağı olub və 3:0 hesabı ilə qalib gəlib. Bu, millimizin turnirdəki ilk qalibiyyəti olub. Qələbə ilə xalını 5-ə çatdıran yığmamız turnir cədvəlində ikinci pilləyə yüksəlib.
Digər görüşdə Kosovo Maltaya 3:1 hesabı ilə qalib gələrək liderliyini qoruyub.
Qeyd edək ki, komandamız növbəti turda Malta ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun oktyabrın 14-də saat 20:00-da başlayacaq.
UEFA Millətlər Liqası
D liqası, 3-cü qrup, II tur
11 oktyabr
22:45. Farer adaları – Azərbaycan - 0:3
Qollar: Riçard Almeyda 28, Dmitri Nazarov, 68, Riçard Almeyda, 86-pen
AHakimlər: Aleksey Yeskov, Dmitri Mosyakin, Anton Averianov, Valeri Dançenko (Rusiya)
Torşavn, “Torsvullur” stadionu
22:45. Kosovo - Malta - 3:1 1. Kosovo 3 2 1 0 5:1 7 2. Azərbaycan 3 1 2 0 4:1 5 3. Farer adaları 3 1 0 2 3:6 3 4. Malta 3 0 1 2 3:7 1
Qollar: Kololi, 30 (1:0), Aqius, 51 (1:1), Muriqi, 68 (2:1), Kololi, 81 (3:1)
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti