UEFA Millətlər Liqasında oktyabrın 11-də Farer adaları ilə qarşılaşacaq milli komandamız bu gün sözügedən ölkəyə yola düşüb. Yığmamızın baş məşqçisi Qurban Qurbanov səfər öncəsi Qol.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq komandanın durumu haqda danışıb:
- Hazırlıq üçün çox vaxt olmadı. Bəzi legionerlərimiz komandaya gec qoşuldular. Məsələn, Riçard Almeyda. Buna baxmayaraq, belə hal ilk dəfə yaşanmır. Düşünürəm ki, futbolçuların durumu pis deyil. Qarşıdakı oyunda hər kəs özünü yaxşı tərəfdən göstərməyə çalışacaq.
- Qələbənin şərt olmasını təzyiq olaraq görürsünüz, yoxsa əlavə bir motivasiya?
- Əlbəttə, təzyiq var. Görünən odur ki, heç kim qələbədən başqa bir nəticə gözləmir. Bu da futbolçulara təzyiq yaradır. Amma bunu mən hər zaman normal qarşılamışam. Belə olduğu halda, istər bizim, istərsə də futbolçuların məsuliyyəti daha da artır. Belə tələblər çox olur. Bu da futbolun yazılmayan qanunlarından biridir. İnanıram, bunu biz təyziq kimi yox, motivasiya kimi qəbul edərik ki, oyunumuza mənfi təsir etməsin.
- Heyətə yeni cəlb etdiyiniz Rüfət Dadaşov haqda nə deyə bilərsiniz?
- Dediyim kimi, hamı özünü yaxşı tərəfdən göstərir. Sadəcə, problemimiz ondadır ki, vaxtımız çox az oldu. Dadaşov da bizə gec qoşulanlardan biridir. Cəmi bir məşq artıq edib. İstədiyimiz məşqləri tam olaraq yerinə yetirə bilmirik ki, onların güclərini bilək. Amma görünən odur ki, Rüfət yenidən milliyə qayıtdığı üçün çox şaddır. İstəyirəm ki, şans verdiyimiz halda, özünü yaxşı tərəfdən göstərməyə çalışsın. Eləcə də digərləri.
- “Qəbələ”dən Cavid Hüseynovu heyətdən çıxarmısınız...
- Cavidin olmaması normaldır. Mən dəfələrlə qeyd etmişəm ki, hər toplanışda yeni futbolçular görə də bilərsiniz, daim olanları görməyə də bilərsiniz. Çünki onların hazırlığını, bütün oyunlarını izləyirik və sonda qərarımızı veririk.
- Oktyabrın 11-də Farer adaları ilə səfərdə, 3 gün sonra isə Malta ilə doğma meydanda qarşılaşacaqsınız. Bu iki oyun arasındakı vaxtın azlığı və yolun uzunluğu nə qədər təhlükə yarada bilər?
- Buna təhlükə deməzdim. Amma həddindən artıq böyük problem olacaq. Bu gün elə 14 saata yaxın yolda olacağıq. Bu, elə də az vaxt deyil. İstər-istəməz futbolçularda yorğunluq yarana bilər. Adaptasiya üçün böyük problem olacaq. Səfərə getmək üçün bir o qədər narahat deyiləm, əksinə, oyundan sonra geri qayıtmağa görə narahatam. Çünki futbolçular oyunda maksimum güclərini ortaya qoyacaqlar. Daha sonra isə bütün gecəni yolda olacağıq. Futbolçuların Malta ilə oyuna tam hazır olmasında böyük problem yaşanacaq. Amma başqa yolumuz yoxdur. Hər bir halda, ən düzünü etməyə çalışacağıq
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama
Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Mbappedən 60 ilin rekordu
“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq”
"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
Mbappe və Dembelenin qolları - Video
Azərbaycanın UEFA reytinqində əmsalı artdı
Avropa Liqasında 6 oyun keçirildi
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı
DÇ-2026: İlk yarımfinalçı Fransa oldu
Sabiq "Qarabağ"lı bu kluba keçdi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən danışdı
“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də