“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionun təmiri nəzərdə tutulan obyektlərin sırasındadır.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, yarım əsrdən çox tarixi olan arena bunun üçün Dövlət Proqramına salınıb. Bu barədə Gəncədə keçirilən Azərbaycan gənclərinin 8-ci forumunun ilk zona toplantısında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir jurnalistlərə müsahibəsində növbəti illərdə arenanın təmir olunacağına inandığını bildirib.
Qeyd edək ki, 25 000 tamaşaçı tutumuna malik stadion ötən əsrin 50-ci illərində tikilərək istifadəyə verililib. Arena “Dinamo” Kirovabadın 1967-ci ildə SSRİ Çempionatının Yüksək Liqasına çıxması ilə indiki formasına salınıb. Müxtəlif vaxtlarda idman qurğusunda təmir-bərpa işləri aparılsa da, mövcud vəziyyətə uyğun olaraq əsaslı yenidənqurmaya ehtiyac var.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti