“Çox sevinirəm ki, gözəl qələbə qazandıq. Öz gücümüzü göstərməyi bacardıq. Rəqibə göstərdik ki, biz “Neftçi”yik və layiq olduğumuz 3 xalı qazandıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Slavko Braliç Topaz Premyer Liqasının 7-ci turunda evdə “Sabah”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. O, çempionluq mübarizəsində təkcə “Qarabağ”ı yox, bütün rəqibləri düşünməli olduqlarını söyləyib:
“Əgər liderliyimizi davam etdirmək istəyiriksə, təkcə “Qarabağ”ı yox, bütün rəqibləri fikirləşməliyik. Təkcə “Qarabağ”ı düşünsək, bizim işimiz alınmaz”.
Xorvatiyalı futbolçu qırmızı vərəqə almasına da münasibət bildirib: “Oyun təcrübəmin az olması ilə bağlı sizinlə razıyam. Daha çox meydanda olsam, bu düzələr. Məncə, ikinci sarı vərəqəni aldığım epizodda heç bir şey yox idi”.
25 yaşlı müdafiəçi “Neftçi”dən ayrılmağı düşünmədiyini bildirib: “Mən qışda komandamı dəyişmək haqda heç vaxt düşünməmişəm. Əksinə, oyunlarda, məşqlərdə çalışıram ki, məşqçinin rəğbətini qazanım və əsas heyətdə özümə yer tapım".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti