"Zirə"də itki
“Zirə”nin futbolçusu İlkin Qırtımov Topaz Premyer Liqanın 8-ci turunda “Keşlə” ilə keçiriləcək görüşü buraxacaq.
Qol.az-ın xəbərinə görə, komandanın əsas heyət üzvü olan müdafiəçi ötən gün “Qəbələ” ilə keçirilən görüşdə mövsümdə 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb.
Qırtımov daha əvvəl “Sabah”, “Neftçi” və “Sumqayıt”la oyunlarda sarı vərəqə ilə cəzalandırılıb.