Topaz Premyer Liqasının 7-ci turunda evdə “Sabah”ı 2:0 hesabı ilə məğlub edən “Neftçi”nin baş məşqçisi Roberto Bordin mətbuat konfransı keçirib.
Qol.az-ın məlumatına görə, italiyalı mütəxəssis əvvəlcə qələbəni şərh edib.
- Komandamı təbrik edirəm. Say azlığında qalsaq da, əzmkarlıq göstərdik. Bu qələbəni anasını itirmiş Karikariyə həsr edirik. Onu da qeyd edim ki, bizi ilk olaraq məhz Karikari təbrik etdi.
- Emin Mahmudov əvəzetmə istədi...
- Hə, əzələsini dartdı. Ciddi bir şey yoxdur, sadəcə, risk etmək istəmədik.
- Braliç uzun müddətdən sonra start heyətində göründü və qırmızı vərəqə aldı. Bunun səbəbi hazırlıqsız olması idi?
- Qırmızı vərəqəni biz yox, hakim verir. Futbolçu qırmızı vərəqə alıbsa, bu, o demək deyil ki, futbolçu pis oynayıb. Braliç yaxşı oynadı. İkinci sarı vərəqə epizodunda zənnimcə, hakim əlini cibinə atmaya da bilərdi.
- İlk dövrə barədə fikirləriniz necədir?
- Sevindiricidir ki, ilk dövrəni lider kimi qapadıq. Ancaq bütün mübarizə qabaqdadır. Məşqlərdə maksimum çalışacağıq ki, mövqeyimizi qoruyaq. Düşünürəm ki, çempionatda yaxşı komandalarla mübarizə aparırıq və hər birinin şansları yüksəkdi.
- Çempionatda yaranan fasilə komandanıza mübsət, yoxsa mənfi təsir göstərəcək?
- Zənnimcə, fasilə bizə mənfi təsir edəcək. Çünki komandamız yaxşı forma yığıb.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti