Rövnəq Abdullayev Vəli Qasımovu təbrik etdi

Rövnəq Abdullayev Vəli Qasımovu təbrik etdi
ÖLKƏ FUTBOLU 5 Oktyabr 2018 / 10:22 1581
-  A +

Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, zəngin futbolçu karyerasına malik, “Neftçi” ilə yanaşı Rusiya, İspaniya və Portuqaliyanın müxtəlif klublarında çıxış etmiş, 1992-ci il Rusiya çempionatının bombardiri  Vəli Qasımovun 50 yaşı tamam olub.

Qol.az xəbər verir ki, bu münasibətlə AFFA-nın prezidenti Rövnəq Abdullayev Vəli Qasımovla görüşərək əlamətdar yubileyi ilə əlaqədar ölkəmizin futbol ictimaiyyəti adından onu təbrik edib, yubilyara cansağlığı, fəaliyyətində uğurlar arzulayıb. (affa.az)

Qeyd edək ki, V.Qasımov hazırda 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının səfiri kimi fəaliyyət göstərir.

Daha çox


Son xəbərlər
21.03.26  10:55

"Milan"Leaunu itirdi

topaz banner