Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”ın qonağı olan “Arsenal”ın müdafiəçisi Sokratis Papastatopulos oyundan (3:0) sonra klubun saytına müsahibə verib.
Qol.az-ın xəbərinə görə, görüşdə ilk qolun müəllifi olan yunanıstanlı müdafiəçi məğlubiyyətə baxmayaraq, “Qarabağ”ın yaxşı çıxış etdiyini bildirib.
- Böyükhesablı qələbə qazansanız da, sizin üçün asan olmadı...
- Bəli, çox çətin oyun oldu. Rəqib yaxşı çıxış etdi, qol şansları çox olsa da, yararlana bilmədilər. Qələbə qazandığımız üçün xoşbəxtik. Çox çalışmalı və oyunumuzu inkişaf etdirməliyik. Bəzi çatışmazlıqların üzərimizdə çalışmalı olduğumuzu bilirik.
- Üçlü müdafiə sistemində oynamaq sizə çətin olmadı?
- Bu, mənim üçün yaxşı oldu. Çünki Tomas Tuhelin vaxtında “Borussiya”da da bu sistemlə çox oynamışam. Məncə, uğurlu sistemdir. Təbii ki, baş məşqçi daha yaxşı bilər. O, bəzi taktiki gedişləri sınayır. Hər şey komandanın xeyri üçündür. Məncə, doğru yoldayıq.
- “Arsenal”da qol hesabınızı açdınız. Yəqin ki, bu, sizin üçün xüsusi oyun olacaq.
- Bu qola görə Naçoya minnətdarlığımı bildirirəm. Qol hesabımı açdığım üçün çox şadam.
- Yəqin qol buraxmadığınız üçün ikiqat sevinclisiniz.
- Əlbəttə, qol buraxmadığımız üçün şadam. Həm “Qarabağ”la, həm də son matçlardakı qələbələrə görə çox sevinirəm. Yaxşı müdafiə olunduğumuz görüşlər olub. Ancaq yenə də inkişaf etməliyik. Çünki “Qarabağ” bu gün xeyli qol şansını qaçırdı. Həmin epizodlarda bəxtimiz gətirdi və bunu çox gözəl dərk edirik. Amma yenə də oyunumuzun getdikcə müsbətə doğru dəyişdiyini söyləyə bilərəm.
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama
Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Mbappedən 60 ilin rekordu
“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq”
"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
Mbappe və Dembelenin qolları - Video
Azərbaycanın UEFA reytinqində əmsalı artdı
Avropa Liqasında 6 oyun keçirildi
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı
DÇ-2026: İlk yarımfinalçı Fransa oldu
Sabiq "Qarabağ"lı bu kluba keçdi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən danışdı
“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir