"Qurban Qurbanov bizə təşəkkür etdi" - Qara Qarayev

"Qurban Qurbanov bizə təşəkkür etdi" - Qara Qarayev
ÖLKƏ FUTBOLU 5 Oktyabr 2018 / 01:43 3701
-  A +

Bu oyunun belə mühitdə keçməsi azarkeşlər və jurnalistlərin böyük marağı sayəsində oldu. Bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Heç də pis oynamadıq. Statistikaya nəzər yetirdim, “Arsenal”dan geri qalmadıq. Maksim Medvedevlə Ozobiçin ilk hissədə, Mahirin də fasilədən sonra şansları oldu. Amma təəssüf ki, fərqlənə bilmədik. Həmin  epizodları qola çevirsəydik, bəlkə də fərqli olacaqdı”.
 
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Arsenal"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
 
O, "Qarabağ"ın qol şanslarından yararlana bilməməyindən danışıb: "Son nöqtəni qoymaqda çətinlik çəkdik. Bunun üzərində işləmək lazımdır. Öhdəmizə düşən yalnız çalışmaqdır. Nəticə də tezliklə alınar. Futbolçu kimi əlimizdən gələni etməliyik”.
 
Millimizin üzvü rəqibin uzun ötürmələrdən və cinahlardan istifadə etdiyini deyib: "Düşünmürəm ki, Miçelin oyunu alınmadı. Rəqib daha çox cinahlarda və uzun ötürmələrdən istifadə edirdi. İlk hissədə belə daha çox oynayırdılar. Məcbur 5 müdafiəçi ilə oynadıq. İkinci hissədə Miçel o qədər də pis oynamadı".
 
Q. Qarayev baş məşqçi Qurban Qurbanovun futbolçulara təşəkkür etdiyini vurğulayıb: "Qurban Qurbanov oyundan əvvəl bizə dəstək vermişdi, rahat olmağımızı və azarkeşlər üçün yaxşı oynamağı bildirmişdi. Bizi yaxşı şəkildə motivasiya etmişdi. Matçdan sonra da bizə təşəkkür etdi. Vuruşduq, amma bəzən yaxşı oynasan da, nəticə qazana bilmirsən. Rəqib də ciddi və təhlükəli komandadır. "Arsenal"a qarşı oynayırdıq".

Daha çox


Son xəbərlər
21.03.26  10:55

"Milan"Leaunu itirdi

topaz banner