Üçüncü bundesliqada mübarizə aparan “Proyssen” klubunun hücumçusu Rüfət Dadaşov Almaniya mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, son oyunlarda vurduğu qollardan danışan azərbaycanlı futbolçu baş məşqçinin tənqidlərinə də münasibət bildirib.
-Son 4 oyunda 5 qol vurmusunuz. Bu barədə nə deyə bilərsiniz?
- Bunlar baş verməli olan şeylərdir. Baş məşqçimiz mənə dedi ki, qarşıma böyük hədəflər qoymalıyam.
- “Visbaden”ə vurduğunuz qol daha yaddaqalan oldu?
- Bəli, həmin vaxt hesab 1:1 idi. Oyun başqa ssenari ilə gedə bilərdi.
- Hədəfiniz dəyişməz olaraq qalır. Sentyabrın ortalarında “Aalen”in qapısına da yol tapdınız...
- O qol yalnız təsəlli xarakteri daşıyırdı, çünki həmin oyunu 1:4 uduzduq. Amma bu göstərdi ki, hələ də qol vura bilərəm. “Enerqi”yə qarşı pis oynamadım, məhsuldar ötürmə etdim. “Hanza” ilə oyunda vurduğum 3 qol isə mənə lazımı stimul verdi.
- “Visbaden”ə vurduğunuz qolu izah etmək çətindir...
- Hə, çox düşünmədim və topa zərbə vurdum. Əslində bu, məndəki özünəinamdan xəbər verir.
- Baş məşqçinin tənqidlərinə baxmayaraq, öz oyununuzu tapa bildiniz...
- Həmin tənqidlər mənə çox kömək etdi. Baş məşqçi həm də mənə şans verməyə davam etdi. Təzyiq hiss edirdim, amma inam mənim üçün əsl stimul oldu.
- 3-cü liqa ilə regional liqa arasında fərq böyükdür?
- Burada temp daha yüksəkdir. Ağıllıvə sürətli oynamaq lazımdır. Topun hara gedəcəyini, harada durmalı olduğunu əvvəlcədən bilməlisən. Fiziki planda 3-cü liqa 2-3 baş üstündür.
- Bombardirlər siyahısına tez-tez baxırsınız?
- Hər bir hücumçu bu siyahıya baxır. Orada olanda özümü rahat hiss edirəm. Amma əlbəttə ki, bu, həmdə mənə qol vurmaq imkanı yaradan komandanın xidmətidir.
- “Proyssen” liderliyin bir addımlığındadır. Sizcə, komanda zirvədə neçə müddət qala bilər?
- Zirvədə komandaların sayı çoxdur. Bu isə 3-cü liqa ilə bağlı eşitdiklərimi təsdiqləyir. Həqiqətən həroyundan sonra komandada inkişaf görmək istəyirdik. Hazırda buna nail olmuşuq. İndi əsas məsələ qış fasiləsinə yaxşı yerdə yollanmaqdır.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti