"Qarabağ" bizim üçün əlverişsiz rəqibdir" - Monreal

"Qarabağ" bizim üçün əlverişsiz rəqibdir" - Monreal
ÖLKƏ FUTBOLU 4 Oktyabr 2018 / 17:27 3410
-  A +

"Arsenal"ın müdafiəçisi Naço Monreal komandasının Londondan Bakıya uzun səfərindən narazı qalıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ispan futbolçu püşkün onları əlverişsiz rəqiblərlə üz-üzə qoyduğunu bildirib:

“Qarabağ” və “Vorskla” bizim üçün əlverişsiz rəqiblərdir. Çünki Azərbaycan və Ukraynaya uzun səfərlər etməli oluruq".

Avropa Liqasındakı hədəflərindən də danışan Monreal turnirdə qalib olmaqla Çempionlar Liqasına birbaşa vəsiqə qazanmaq istədiklərini söyləyib: “Ötən mövsüm Avroliqanı qazanmaq üçün əlimizə yaxşı fürsət düşmüşdü. Bunu bacarsaydıq, avtomatik olaraq Çempionlar Liqasında qruplara qalacaqdıq. Əsas hədəfimiz də bu idi. Artıq hər şeyə yenidən başlayırıq. Premyer Liqadan ÇL-ə düşməyə çalışacağıq. Amma bilirik ki, Avropa Liqasını qazanmaqla da buna nail ola bilərik. Burada yaxşı rəqabət var. Sona kimi mübarizə aparmaq istəyirik. Niyə də Avroliqanın qalibi olmayaq?”.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” oyunu saat 20:55-də başlayacaq.

Daha çox


Son xəbərlər
21.03.26  10:55

"Milan"Leaunu itirdi

topaz banner