“İlk 2 oyunda bizimlə olan futbolçuların əksəriyyətini saxlamışıq. Yerli oyunçuların daxili yarışlardakı çıxışını diqqətlə izləyirik. Seçimi də buna əsasən edirik”.
Qol.az-ın məlumatına görə, bu sözləri Malta millisinin baş məşqçisi Rey Farruciya yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. UEFA Millətlər Liqasında Kosovo və Azərbaycan millisi ilə keçiriləcək oyunlardan danışan mütəxəssis hər iki komandanı qrupun favoriti adlandırıb:
“Cozef Zerafa Kosovo ilə matçda iştirak etməyəcək. Ancaq Azərbaycana qarşı oynaya biləcək, buna görə də 24 oyunçu çağırmışıq. Sarı vərəqə limitində olan futbolçularımız da var. Azərbaycanla oyun üçün bütün mümkün ssenariləri nəzərə almalıyıq. Hər iki oyun çox çətin olacaq, çünki qrupun favoritləri ilə mübarizə aparacağıq”.
Farruciyaya görə, qrupun ən yaxşısı Kosovo millisidir: “Kosovonu bu qrupda ən güclü komanda hesab edirəm. Onlara qarşı oynamaq bizim üçün ciddi sınaq olacaq. Azərbaycan da ötən ay bizimlə oyunda göstərdi ki, rəqabətli komandadır. Növbəti oyunlara eyni motivasiya və qətiyyətlə yanaşsaq, əminəm ki, uğur qazana bilərik".
Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Malta oyunu saat 20:00-da başlayacaq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti