Belə görünür ki, “Arsenal” “Qarabağ”la oyun öncəsi çox rahatdır və qələbə qazanacaqlarına şübhə etmirlər. Yəni rəqibə yuxarıdan aşağı baxma əlamətləri hiss olunur.
Ümumiyyətlə, təcrübədən bəllidi ki, adətən, İngiltərə klubları (“Arsenal” səviyyəli komandalar) daxili çempionat olan Premyer Liqanı əhəmiyyətinə görə Avroliqa yarışından daha üstün tuturlar. Ona görə də baş məşqçilər Premyer Liqa oyunu öncəsi özlərinin əsas futbolçularını mümkün zədədən qorumağa çalışır, onların istirahətinə şərait yaradırlar. Elə “Arsenal”ın çalışdırıcısı Unay Emeri də belə edib. Məsələn, London klubunun əsas futbolçularından olan Aeron Remsi Bakıya gətirilməyib (o Remsi ki, çox vaxt qol vuranda dünyada bir məşhur insan ölür). Səbəb kimi onun hamilə xanımının doğuşa hazırlaşması göstərilib. Bundan başqa, Pyer-Emerik Obameyanqın da bu gün “Qarabağ”la oyunu buraxacağı haqda məlumat yayılıb (mənbə: BBC). Qabonlu hücumçu bu mövsüm “Arsenal”da 8 oyunda 4 qol vurub (Premyer Liqada 2, Avroliqada 2). Bu mənada, bu yüksək futbolçu keyfiyyətə malik hücumçunun “Qarabağ”la oyunu buraxacağı istənilən halda bizim xeyirimizə işləyə bilər. Lider futbolçulardan Petr Çex zədəlidir, Henrix Mxitaryan məlum səbəblərdən Azərbaycana gəlməyib. Bundan başqa, İngiltərə mətbuatı iddia edir ki, Emeri Məsut Özil də daxil olmaqla, bir neçə başqa əsas oyunçusunu ehtiyatda saxlayacaq və əsasən ehtiyat futbolçuların xidmətindən yararlanacaq. Yalnız matçın gedişatında zərurət olarsa, əsas futbolçular meydana buraxıla bilər.
Bəs bunlar “Qarabağ”ın lehinə işləyə bilərmi?
Qismən işləyə bilər. Amma buna arxayın olub, Qurban Qurbanovun komandasının xal alacağını söyləmək, sadəcə, sadəlövhlük olar. “Arsenal”la “Qarabağ” arasında hələ bir klub, büdcə, yüksək peşəkarlıq kimi məqamları bir kənara qoyaq, londonluların əsas da demirik, 2-3-cü heyətinin üzvləri ilə “Qarabağ”ın əsas heyətinin oyunçuları arasında nə qədər böyük ustalıq fərqi var. Bütün bunları əlbəttə, “Arsenal” da bilir və rahatlıqlarının səbəbi də həm də bu amildir.
“Arsenal”la yanaşı “Qarabağ”ın özündə də ciddi itkilər var. Dani hələ də zədəlidir, Rəşad Sadıqovla yanaşı, bu mövsüm karyerasının, bəlkə də ən uğurlu dövrünü keçirən Donald Gerye də zədələnib. “Zirə” ilə çempionat oyununda çiyni çıxan haitili oyunçu bir müddət yaşıl meydanlardan kənarda olacaq. Oyun qurucusu kimi alınan Slavçev zədə səbəbindən bir müddətdir oynamayıb. Ona görə də hətta tam sağalıbsa belə, formada olmadığı üçün əsas heyətdə oynamaq ehtimalı azdır.
Amma bütün bu sadaladıqlarımız bədbinliyə qapılmağa da əsas vermir. Əvvəla, bu gün “Qarabağ” Olimpiya Stadionunda 60 mindən çox azarkeşi önündə oynayacaq. O 60 minin də iyirmicə mini sonadək komandasına dəstək olsa, elə bilin ki, “Qarabağ” meydanda 11 yox, 12 oyunçu ilə oynayır. Əsas məsələ psixoloji amillə bağlıdır. “Qarabağ”ın artıq yetərincə Avropa təcrübəsi var. Rəqibin adı və futbolçuları onları qətiyyən həyəcanlandıra, qorxuda bilməz. Nəhayət, ötən ilin təcrübəsində elə Avroliqanın son qalibi “Atletiko” kimi komandadan hər iki oyunda uduzmayıb xal almaq kimi uğurlu təcrübə var.
Odur ki, rəqib hər nə qədər “Qarabağ”dan 5-10 qat üstün olsa da, istənilən sensasiyaya da hazır olmaq lazımdır.
Yeri gəlmişkən, bu yaxınlarda Araz Abdullayevin ürəkli açıqlaması da diqqət çəkdi. Soruşmuşdular ki, "Arsenal"ın 7 oyunluq qələbə seriyası sizi qorxutmur ki? Cavab vermişdi ki, "Niyə qorxutsun? Elə "Qarabağ" özü də neçə oyundu çempionatda uğurlu nəticələr göstərir".
Qol.az
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama
Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Mbappedən 60 ilin rekordu
“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq”
"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
Mbappe və Dembelenin qolları - Video
Azərbaycanın UEFA reytinqində əmsalı artdı
Avropa Liqasında 6 oyun keçirildi
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı
DÇ-2026: İlk yarımfinalçı Fransa oldu
Sabiq "Qarabağ"lı bu kluba keçdi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən danışdı
“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir