“Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanq Avropa Liqasının qrup mərhələsində bu gün “Qarabağ”a qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
Qol.az-ın xəbərinə görə, bu haqda BBC məlumat yayıb. 29 yaşlı qabonlu futbolçunun xəstələnməsi səbəbindən matçı buraxacağı bildirilib.
Bundan başqa, öncədən məlumat verildiyi kimi, komandanın liderlərindən Aeron Remsi Bakıya gəlməyib. Onun hamilə xanımı doğuşa hazırlaşdığından Remsi baş məşqçidən İngiltərədə qalması üçün icazə alıb.
Xatırladaq ki, “Arsenal”ın digər futbolçuları - Henrix Mxitaryan Azərbaycanla Ermənistan arasındakı problem, Petr Çex, Eynsli Meytlend-Nayls, Loran Koselni və Konstantinos Mavropanos isə zədə səbəbindən “Qarabağ”la qarşılaşmanı buraxacaq.
Əlavə edək ki, AL qrup mərhələsinin ikinci turunun “Qarabağ” – “Arsenal” oyunu bu gün saat 20.55-də Bakı Olimpiya Stadionunda başlayacaq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti