Remzi Bakıya gəlmədi

Remzi Bakıya gəlmədi
ÖLKƏ FUTBOLU 3 Oktyabr 2018 / 18:23 2050
-  A +

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda sabah "Qarabağ"ın qonağı olacaq "Arsenal" daha bir aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Qol.az-ın xəbərinə görə, Aaron Remzi Bakıya gələn heyətdə yer almayıb. Komandanın baş məşqçisi Unay Emeri bu gün keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib. Onun sözlərinə görə, uelsi yarımmüdafiəçinin həyat yoldaşı hamilədir və ana olmağa hazırlaşır. Bu səbədən Remzi səfər oyununa gəlməyib.

Qeyd edək ki, "Arsenal"ın futbolçuları Loran Koselni, Dinos Mavropanos və Enzli Meytlend-Naylz də "Qarabağ"la görüşü buraxacaq. Hər üç futbolçu zədəlidir. Bundan başqa, ermənistanlı yarımmüdafiəçi Henrix Mxitaryan da məlum səbəbdən Bakıya gəlməyib.

Daha çox


Son xəbərlər
21.03.26  10:55

"Milan"Leaunu itirdi

topaz banner