“Qarabağ” – “Arsenal” oyununda ingilis klubunun azərbaycanlı azarkeşləri də stadionda olacaqlar”.
Bu sözləri Qol.az-a açıqlamasında “Arsenal Azerbaijan” fan-klubunun təsisçisi Elşən Abdullayev deyib. O bildirib ki, fan-klubda 80 nəfər azarkeş rəsmi qeydiyyatdan keçib:
“Həmin fanatların 49 nəfəri tribunada öz yerlərini alacaq və təbii olaraq, “Arsenal”a azarkeşlik edəcəklər. Hamı öz fikrini səsləndirməkdə sərbəstdir. Sadəcə, fan-klub olaraq biz istərdik ki, həm “Qarabağ”, həm də “Arsenal” qrupdan çıxsın”.
E. Abdullayevin sözlərinə görə, fan-klub üzvləri arasında təkcə azərbaycanlılar deyil, digər millətlərin nümayəndələri də var: “Biz bilet üçün birbaşa “Arsenal” klubuna müraciət edirik. Bu oyun üçün qonaq sektorda 300 yer ayrılıb. Onların 49 nəfəri bizim fan-klubun üzvləri olacaq. Ancaq digər sektorlarda da “Arsenal” azarkeşləri öz yerlərini alacaqlar. Sıralarımız yalnız azərbaycanlılardan ibarət deyil. Rusiya, Belarus, İraq, Küveyt və digər ölkələrdən də kifayət qədər tərəfdar var”.
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” oyunu 20:55-də başlayacaq. İngilis təmsilçisi öz azarkeşləri üçün Ağdam klubundan 700 bilet sifariş verib.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti