“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ikinci turunun “Arsenal” ilə oyunu öncəsi mətbuat konfransı keçirib.
Qol.az-ın məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə sabah keçiriləcək qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- Hər birinizi salamlayıram. Oyuna gəldikdə, hamınız bilirsiniz ki, bəlkə də dünyanın ən güclü çempionatının komandasına qarşı oynayacağıq. Ən yaxşı baş məşqçilər burada işləyirlər. Əlavə nəsə deməyə ehtiyac yoxdur. Oyuna ciddi hazırlaşmışıq. Sabah hamımızı yaxşı oyun gözləyir. Sona kimi yaxşı mübarizə aparmaq və yaxşı oyun göstərmək istəyirik.
- Zədəli Donald Geryenin yerinə sabah Abbas Hüseynov oynayacaq, yoxsa Ansi Aqolli?
- Tək Gerye yox, bir neçə futbolçumuz oynamır. Təxmini heyəti bilirik, amma sabaha kimi vaxtımız var. Yekun qərar sabah veriləcək.
- Yəqin ki, “Arsenal”ın son oyunlarını izləmisiniz. Unai Emerinin komandası ilə Arsen Vengerin çalışdırdığı kollektiv bir-birindən nə ilə fərqlənir?
- Bəli, izləmişəm. Hətta öz oyunçularının da açıqlamalarından görünür ki, hazırkı baş məşqçi komandadan daha sürətli oyun və çox qol tələb edir. Amma bu klubun kökü var. Nə qədər yeni məşqçi gəlsə də, onlar topla oynamağı sevirlər. Sadəcə, belə turnirlərdə Emeri həddən artıq təcrübəlidir. İşlədiyi klublarda böyük uğurlar əldə edib. Hiss olunur ki, komandada sürətli oyunçuların sayı daha da çoxalıb. Bu da müasir futbolda çox önəmlidir. Oyun fəlsəfələrində fərqlilik var. Hər birinin öz oyun üslubu və gözəlliyi var. Sabah onlara qarşı mübariəzədə diqqətli olmalıyıq. Rəqibin sürətinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik.
- Bəllidir ki, Azərbaycan və İngiltərə futbolu arasında böyük fərq var. Necə düşünürsünüz, “Qarabağ” “Arsenal”dan xal qopara bilərmi?
- Belə klubların Azərbaycana gəlməsi bizim üçün böyük təcrübə, futbolun sevilməsi üçün şansdır. Azarkeşlər bu cür oyunlara maraq göstəririrlər. Hər belə matçdan sonra fanatlarımızın sayı, 1000-2000 artsa, əla olar. Amma hər şeyə real baxmaq lazımdır. Belə böyük klublara qarşı oynamışıq, uğurlarımız da olub. Sabah azarkeşlərimizi tək nəticə yox, oyunumuzla da razı salmaq istyəyirik. Əsas məqsədimiz budur.
- Müasir futbol sürpriz nəticələrlə doludur. Dünən Çempionlar Liqasında Rusiya MOİK-inin “Real”ı məğlub etməsi də buna bir misaldır. Belə komandalarla oyunda psixolji hazırlıq və motivasiya önəmdlidir. Bu istiqamətdə hansı işləri görmüsünüz?
- Hər şey normaldır, qaydasındadır. Futbolçularımızın avrokuboklarda böyük təcrübəsi var. Belə komadnalara qarşı oynamışıq. Psixoloji cəhətdən problem olmayacaq. Çox rahat oynayacaq və özlərini yaxşı tərəfdən göstərəcəklər.
- İngiltərə mətbuatında yayılan xəbərlərə görə “Arsenal” “Qarabağ”a qarşı 2-ci heyətlə oynayacaq. Bu sizin üçün mənfi, yoxsa müsbət haldır?
- Bilmirəm, “Arsenal”da ikinci heyət var, ya yoxdur. Açığı, buna inanmıram. Bilirik ki, “Arsenal”a qarşı oynayacağıq. Başqa fikrimiz yoxdur.
- Sabah Bakı Olimpiya Stadionunda ən azı 60 min azarkeş olacaq. Bu rəqəm arta da bilər. BATE və “Şerif” kimi komandalarla oyunlarda 30 minlik Tofiq Bəhramov adına Respublika stadionu dolmurdu. Səbəbi nədə görürsünüz?
- Elə oyunlarımız olub ki, stadionlarımız dolub. Buna normal baxıram. Böyük klublara qarşı maraq fərqli olur. Azarkeşlər onları görmək istəyirlər. Oturub danışsaq, hərəmizin bir kluba azarkeşlik etdiyimiz bilinəcək. Azarkeşlərin bu cür klublara mnaraq göstərməsi normaldır. Stadionun dolması vacibdir, ancaq təkcə bunu düşünməməliyik. Çünki birinin gəlməyə imkanı, şəraiti yoxdur. O qədər azarkeş tanıyıram ki, stadiona gəlmirlər, amma ən sadiq fanatlarımızdan biridir. Əlillərimiz var ki, bizləri istəyir, dəstəkləyirlər. Azarkeşlərimiz nə qədər çox olsa, məsuliyyətimiz də bir o qədər böyük olur və daha yaxşı oynayırıq.
- Ötən il “Çelsi”yə hər iki oyunda məğlub olmuşdunuz. Bu il oynasaydınız, nə dərəcədə fərqli olardı?
- İngilis klublarını bir-birindən ayırmaq istəmirik. Sabah da ən güclü çempionat komandasına qarşı oynayacağıq. Bu il “Çelsi”də başqa məşqçidir. Onun oyun fəlsəfəsi başqadır. Oynasaydıq, fərqli taktika quracaqdıq. Hərəsinin öz fəlsəfəsi var. Hamısı da nəticə verir. Güc olaraq eynidirlər, sadəcə, fəlsəfədə dəyişiklik var.
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama
Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Mbappedən 60 ilin rekordu
“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq”
"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
Mbappe və Dembelenin qolları - Video
Azərbaycanın UEFA reytinqində əmsalı artdı
Avropa Liqasında 6 oyun keçirildi
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı
DÇ-2026: İlk yarımfinalçı Fransa oldu
Sabiq "Qarabağ"lı bu kluba keçdi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən danışdı
“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir