“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov erməni futbolçu Henrix Mxitaryanın komandası “Arsenal”la Bakıya gəlməməsinə münasibət bildirib.
Qol.az-ın xəbərinə görə, bu gün keçirdiyi mətbuat konfransında bununla bağlı sualı cavablandıran Q.Qurbanov deyib:
“İstəməzdim ki, futbol siyasətə qarışsın. Amma bəzən bunsuz mümkün deyil. Belə hallarda hər bir klub öz futbolçusunu qorumağa daha ciddi yanaşır. Əlavə problem haqda düşünmək istəmir. Bunların qarşısını alır. Biz elə bir ölkəyik ki, bura gələn futbolçular olub, normal qarşılamışıq. Amma təzyiqlər olub. Elə insanlar var ki, müharibədə öz doğmalarının, əzizlərini itiriblər. Ona görə də istər-istəməz elə futbolçulara düşmən kimi baxılır. Emosiyalarını qoruyub saxlaya bilmir. Bunun qarşısını almaq üçün bəlkə düzgün addım atıb. Bəlkə də Mxitaryanın burda olmaması hamımız üçün yaxşıdır”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti