“Brügge” ilə oyun asan olmayacaq. Sabah futbolçularım onlara yalan danışmadığımı görəcəklər. Bizim yaxşı oyunçularımız ola bilər, amma rəqib də özünə inanan komandadır”.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Brügge” ilə ev oyunu öncəsi təşkil olunan mətbuat konfransında deyib. Bu gün keçiriləcək qarşılaşma ilə bağlı fikirlərini açıqlayan argentinalı mütəxəssis ötən mövsüm bu turnirdə “Qarabağ”la görüşlərdən də danışıb:
“Düşünmürəm ki, futbolçularımıza “Qarabağ”ı xatırlatmalıyıq. Çünki onlar necə oynamalı olduqlarını bilirlər. Monakoda öz oyunumuzu yaxşılaşdırdıq və ondan sonra irəliyə doğru gedirik. İdeal variantı tapmaq üçün bütün komanda ilə həm müdafiə olunmalı, həm də hücum etməliyik”.
Xatırladaq ki, “Atletiko” ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsinin “Qarabağ”la hər iki oyununda (Bakıda 0:0, Madriddə 1:1) vacib xallar itirib və turnirlə vidalaşıb.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti