“Arsenal” “Qarabağ”la oyuna 2-ci heyətlə çıxır?

“Arsenal” “Qarabağ”la oyuna 2-ci heyətlə çıxır?
ÖLKƏ FUTBOLU 2 Oktyabr 2018 / 21:33 6918
-  A +

İngiltərə mətbuatı Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”ın qonağı olacaq “Arsenal”ın start heyəti ilə bağlı xəbər yayıb.

Qol.az-ın məlumatına görə, “Express” nəşri London klubunun səfər matçına ikinci heyətlə çıxacağını yazıb.

İngiltərəli həmkarlarımız komandanın liderləri  - Məsut Özil, Pyer-Emerik Obameyanq, Aleksandr Lyakazett və Qranit Çakanın ehtiyatda qalacağını və yalnız ehtiyac olarsa, meydana çıxacaqlarını yazıb.

Qapıçı: Brend Leno

Müdafiəçilər: Sead Kolaşinaç, Rob Xoldinq, Sokratis Papastatopulos, Stefan Lixtştayner

Yarımmüdafiəçilər: Matteo Genduzi, Məhəmməd Elnini, Aleks Aybobi,  Аaron Remzi, Emil Smit-Rou

Hücumçu: Denni Uelbek

Siyahıdakı futbolçulardan yalnız Aaron Remzi və Rob Xoldinq İngiltərə Premyer Liqasının son turunda “Uotford”la keçirilən görüşdə start heyətdə meydana çıxıb. Digər futbolçuların hər biri heyətə düşməkdə çətinlik çəkir. Kolaşinaç, Elnini və Smit-Rou isə ümumiyyətlə Premyer Liqa oyununda iştirak etməyib.

Xatırladaq ki, “Qarabağ” – “Arsenal” oyunu oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş 20:55-də başlanayaq.

Daha çox


Son xəbərlər
21.03.26  10:55

"Milan"Leaunu itirdi

topaz banner