Millimizin rəqibində dəyişiklik

Millimizin rəqibində dəyişiklik
ÖLKƏ FUTBOLU 2 Oktyabr 2018 / 20:21 1448
-  A +

UEFA Millətlər Liqasının qrup mərhələsində yığmamızı qəbul edəcək Farer adalarının heyətində dəyişiklik edilib.

Qol.az-ın yerli futbol federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, yarımmüdafiəçi Trondur Yensen heyətdən çıxarılıb.

Buna “Torshavn”ın futbolçusunun zədələnməsi səbəb olub. Onun əvəzinə yığmaya “B36 Torshavn”ın yarımmüdafiəçi Eli Falkvard Nilsen cəlb olunub.

Qeyd edək ki, Farer adaları yığması oktyabrın 11-də millimizi, 14-də isə Kosovonu qəbul edəcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner