Mustafi və Belyerin "Qarabağ"a qarşı oynamaya bilər

Mustafi və Belyerin "Qarabağ"a qarşı oynamaya bilər
ÖLKƏ FUTBOLU 2 Oktyabr 2018 / 18:25 1905
-  A +

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"ın qonağı olacaq "Arsenal"ın 2 aparıcı futbolçusu Ağdam klubuna qarşı oynamaya bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "topçular"ın baş məşqçisi Unai Emeri Bakıdakı qarşılaşmada müdafiəçilər - Şkodran Mustafi və Hektor Belyerinə istirahət verməyi düşünür. Onların əvəzinə isə arxa xəttdə Sead Kolaşinaç və Stefan Lixtştaynerin forma geyinəcəyi gözlənilir.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu saat 20:55-də başlayacaq.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner