“Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryan “Qarabağ”la Avroliqanın qrup matçı üçün Bakıya gəlməyəcək.
Qol.az-ın xəbərinə görə, bu haqda Böyük Britaniyanın "The Sun" nəşri məlumat yayıb. ESPN media qurumu isə bildirib ki, erməni futbolçu Azərbaycana səfərlə əlaqədar xüsusi müraciət etməyib: "O özü müraciət edə bilərdi, lakin ailəsi təhlükəsizlik məsələsini əsas gətirərək buna qarşı çıxıb".
ESPN-in jurnalist Mattias Karen özünün Tvitter səhifəsində yazıb: “Mənə verilən xəbərə görə, Mxitaryan Bakıya səfər etməyəcək. Bu, futbolçunun Ermənistanla Azərbaycan arasındakı münaqişəyə görə öz seçimidir. Əgər “Arsenal” Bakıda keçiriləcək Avropa Liqasının finalına vəsiqə qazansa, bu məsələ yenidən müzakirə olunacaq”.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun “Qarabağ” – “Arsenal” oyunu oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək. London klubunun Azərbaycana oktyabrın 3-ü gələcəyi gözlənilir.
Xatırladaq ki, Henrix Mxitaryan 2015-ci ildə, hələ Dortmuns "Borussiya"sında çıxış edərkən də Avropa Liqasında "Qəbələ" ilə Bakıda keçirilən oyuna gəlməmişdi. O zaman klub futbolçunun təhlükəsizliyi səbəbindən belə bir addım atdıqlarını açıqlamışdı.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti