Bu gün AFFA və "Procter&Gamble” şirkəti arasında tərəfdaşlığa dair müqavilə imzalanıb.
Qol.az-ın məlumatına görə, milli komandamız və “Səbail”in hücumçusu Ruslan Qurbanov tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb.
- Kriştiano Ronaldo kimi dünyaca məşhur futbolçu da "Procter&Gamble” şirkətinin məhsullarını reklam edir. Azərbaycanda isə bu cür reklam çarxlarında sizi və Mahir Mədətovu görəcəyik. Təəssüratlarınız necədir?
- Bu, mənim üçün çox xoş oldu. Açığı, təklif gələndə özüm də təəccübləndim. Mənə belə bir imkan yaratdıqları üçün həm AFFA-ya, həm də şirkətin rəhbərliyinə təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edib, tərəfdaşlıq münasibətilə hər iki qurumu təbrik edirəm. Tez-tez böyük futbolçuları bu cür reklamlarda görürük. Seçildiyim üçün ikiqat sevincliyəm.
- Millinin əsas üzvü deyilsiniz. Bu mənada, belə bir təklif alacağınızı gözləyirdiniz?
- Bu, AFFA-nn və şirkətin öz seçimidir. Mənim yerimdə bir başqa futbolçu da ola bilərdi. Heç kimdən nəsə xahiş etməmişəm. Özləri zəng vurub, dəvət etdilər. Bir daha onlara təşəkkürümü bildirirəm.
- Ümumiyyətlə, bu şirkətin məhsulu olan “Jillette”dən istifadə edirsiniz?
- Açığı, mən heç vaxt özüm ülgücdən istifadə etmirəm. Adətən üzümü qırxdırmaq üçün bərbərxanaya gedirəm. Amma 1 dəfə bu məhsuldan istifadə etmişəm.
- Yəqin ki, bundan sonra istifadə edərsiniz...
- Təbii ki. Başqa cür ola bilər? Bundan sonra ancaq “Jillette”dən istifadə edəcəm (gülür).
- Bir az da “Səbail” haqda danışaq. Son turda “Neftçi”yə böyük hesabla uduzdunuz...
- “Neftçi” bu mövsüm yüksəlişdədir. “Qarabağ”la birlikdə turnir cədvəlinə başçılıq edirlər. Buna baxmayaraq, son turda onlara böyük hesabla uduzmağımız çox pis oldu. Bu oyunu yaxşı analiz edib, səhvlərdən nəticə çıxarmaq lazımdır. Növbəti matçımız “Sumqayıt”la olacaq. Həmin görüşə ciddi hazırlaşmalı və eyni səhvləri təkrarlamamalıyıq. “Neftçi” ilə oyunda 3 qol öz səhvimizdən vuruldu.
- Hazırkı çıxışınızdan nə dərəcədə razısınız? Milli komanda üçün artıq 2-ci plandasınız, “Səbail”də isə ehtiyatda qalırsınız...
- Ehtiyatda oturmağım müvəqqətidir. Növbəti oyunda əsas heyətdə meydana çıxacağam. 1-2 oyunluq oynamamağım baş məşqçinin qərarı idi. Ağabala Ramazanovun oyun təcrübəsi az olduğu üçün ona şans verdi. Baş məşqçi hamını yoxlamaq istəyir. Hər bir futbolçu əvəzlənə bilər. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Milli komandaya gəlincə, Malta ilə son oyunda heyətdən kənarda qaldım. Bu da Qurban Qurbanovun qərarı idi. Onun fikirlərinə, qərarlarına hörmət edirəm. Bu, mənim üçün bir siqnal idi. Başa düşdüm ki, nəyisə düzgün etməmişəm. Yəqin ki, bir daha belə şey olmaz.
- Aftandil Hacıyev müsahibələrinin birində demişdi ki, Avroliqaya düşmək uğrunda mübarizə aparacağıq. Sizcə, bu heyətlə mümkün olacaq?
- Klub rəhbərliyi qarşımıza Avroliqaya düşmək vəzifəsi qoymayıb. Görürsünüz ki, çempionatda zəif komanda yoxdur. Hər bir komanda bir-birinə qarşı oynaya bilir. Avroliqaya vəsiqə qazanmağın çətin olduğunu bilirik. Amma biz də avrokuboklarda oynamaq istərdik. Əlimizdən gələni edəcəyik ki, uğur qazanaq.
- Millətlər Liqasında növbəti oyun səfərdə Farer adaları, evdə isə Maltaya qarşı olacaq. Bu oyunların həlledici olacağını demək olarmı?
- Bəli, Farer adaları və Malta ilə oyunlar həlledici olacaq. Çünki ilk 2 oyunda heç-heçə etmişik. Əgər qrupda birinci yeri tutmaq istəyiriksə, hər iki yığmanı məğlub etməliyik. Ancaq onu deyim ki, Farer adaları çox ciddi rəqibdir. Əvvəl necə olub, o, artıq keçmişdə qalıb. İndi bütün komandalar futbol oynamağı bacarır. Xalqımızı sevindirmək istəyirik. Həqiqətən də ilk iki görüşdəki heç-heçəni ağrı ilə qəbul etdik. Çünki hamı bizə böyük ümid bəsləyirdi. Söz veririk ki, xalqımızın sevinməsi üçün əlimizdən gələni edəcəyik.
"Liverpul" Salahı itirdi
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
Stadionu 999 illiyə icarəyə götürdülər
Yankoviç və Koxalski milliyə çağırıldılar
“Rauf Cabarov sağ olsun, nəticə yaxşıdır“ - Video
“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” - Cenk Sümer
"Milan"Leaunu itirdi
Hidayət Heydərov mübarizəyə başlayır
Hakimi Afrika Kubokundan imtina etdi!
Bu fotoya görə millidən kənarlaşdırıldı
Renat Dadaşovun komandası lideri məğlub etdi
"Napoli" erkən qolla qalib gəldi - Video
“Azarkeşlərimizdən üzr istəyirəm” - Kaşkilya
"Neftçi"dən 6 qollu qələbə - Video