"Arsenal" "Qarabağ"la oyuna 3-cü qapıçı ilə çıxa bilər

"Arsenal" "Qarabağ"la oyuna 3-cü qapıçı ilə çıxa bilər
ÖLKƏ FUTBOLU 1 Oktyabr 2018 / 12:51 3262
-  A +

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"ın qonağı olacaq "Arsenal" əsas qapıçı Peter Çexin yoxluğunda 3-cü qapıçı ilə meydana çıxa bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubunun baş məşqçisi Unay Emeri argentinalı qolkiper Damian Martinesin xidmətindən yararlanmaq fikrindədir.

Avroliqanın ilk turunda "Vorskla" ilə keçirilən görüşdə çərçivəni 2-ci qapıçı Bernd Leno qoruyub. Lakin Çexin zədələnməsindən sonra Emeri Lenonu Premyer Liqada əsas qapıçı kimi istifadə etməyi qərara alıb. Buna görə də Damian Martinesə Avroliqa oyununda şans veriləcəyi gözlənilir.

Qeyd edək ki, "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-də keçiriləcək.

Daha çox


Son xəbərlər
21.03.26  10:55

"Milan"Leaunu itirdi

topaz banner