"Heyətdə yeni futbolçular ola bilər" - Qurban Qurbanov

"Heyətdə yeni futbolçular ola bilər" -  Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 1 Oktyabr 2018 / 11:55 5576
-  A +

"Millətlər Liqasına çox ciddi hazırlaşırıq. Dörd oyunumuz var. Əsas diqqətimiz Farer adaları ilə matça yönəlib”.

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov bu gün jurnalistlərə açıqlamasında deyib.

O, Millətlər Liqasının növbəti turunda Farer adaları ilə səfər oyununda komandada müəyyən dəyişiklilərin ola biləcəyini vurğulayıb: "Heyətdə yeni futbolçular ola bilər. Hər oyuna ciddi yanaşırıq. Mümkün qədər çox xal toplamaq lazımdır".

Qeyd edək ki, milli komanamız oktyabrın 11-də səfərdə Farer adaları, oktyabrın 14-də isə  Bakıda Malta ilə qarşılşacaq.

Daha çox


Son xəbərlər
21.03.26  10:55

"Milan"Leaunu itirdi

topaz banner