Mavritaniya millisinin üzvü "Keşlə"də

Mavritaniya millisinin üzvü "Keşlə"də
ÖLKƏ FUTBOLU 1 Oktyabr 2018 / 09:50 3044
-  A +

"Keşlə” heyətinə yeni futbolçu cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Diallo Quydileye ilə mövsümün sonuna qədər müqavilə bağlayıb. 29 yaşlı yarımmüdafiəçi Mavritaniya yığmasının üzvüdür.
"Keşlə”yə azad agent kimi keçən futbolçunun son iş yeri Türkiyənin "Gənclərbirliyi” klubu olub.

Qeyd edək ki, Quydileye karyerası ərzində Fransanın "Nansi”, "Şatoru”, "Trua” və "Brest”, eləcə də Kiprin AEL komandalarında oynayıb.

Daha çox


Son xəbərlər
21.03.26  10:55

"Milan"Leaunu itirdi

topaz banner