“Çətin oyun keçdi. Matçdan öncə ümid edirdik ki, çempionatdakı ilk qələbəmizi qazanacağıq. Əfsuslar olsun ki, yenə də bizdə alınmadı. Düşünürəm ki, azacıq yorğunluq vardı. Növbəti oyunlarda maksimum nəticə üçün əlimizdən gələni edəcəyik”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin futbolçusu Dilan Duventru Topaz Premyer Liqada 6-cı turunda səfərdə “Sumqayıt”a Zirə”yə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, komandada yorğunluq olduğunu söyləyib:
“Qarabağ”la oyunda bugünkü matça nisbətən daha yaxşı oynamışdıq. Yorğunluq da öz sözünü dedi. İlk dəfə yeni sistemlə - 5 müdafiəçi ilə oyuna çıxdıq. Məncə, bunun da müəyyən qədər rolu oldu. Vüqar Mustafayevin zədələnməsi də oyunun gedişinə mənfi mənada təsir etdi”.
29 yaşlı yarımmüdafiəçi baş məşqçisinin oyun içində ona tez-tez səslənməsinə də münasibət bildirib:
“Baş məşqçimizin oyun zamanı məni tez-tez səsləməsini yaxşı mənada düzgün qəbul edirəm. Komandada məndən başqa da bir neçə nəfər var ki, biz daha geniş təcrübəyə malikik. Bu cür çətin situasiyalarda daha çox məsuliyyəti öz üzərimizə götürürük. Samir müəllimi də bu mənada başa düşmək olar. Normaldır”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti