“Hesab edirəm ki, komandamız yaxşı oyun sərgilədi. Bir çox qol epizodundan istifadə edə bilmədik. Narazı qaldığımız əsas məsələ bu idi. Sadəcə, bu gün yox, hər oyun belədir”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın Prezidenti Riad Rəfiyev Topaz Premyer Liqanın 6-cı turunda “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, hər oyuna qalibiyyət üçün çıxdıqlarını söyləyib: “Hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşmağımız pis nəticə deyil. Bilirsiz ki, bizim büdcəmiz məhduddur. Amma hələ ki çempionatın başlanğıcındayıq. Qazandığımız nəticələrin bizi qane edib-etmədiyini demək üçün hələ tezdir. Ən önəmlisi mövsümün sonunda neçənci pillədə olacağımızdır. Hər oyuna qələbə üçün çıxırıq. Məqsədimiz maksimum xal toplamaqdır. Qismət olsa, avrokuboklara da vəsiqə qazanarıq. Əsas odur ki, futbolçularımız zədə almasın”.
Klub prezidenti futbolçuları Atilla Yıldırım və Aleksey İsayevin milli komandaya cəlb olunması xəbərlərinə də münasibət bildirib: “Biz istəyərdik ki, “Sumqayıt”dan milli komandamıza cəlb olunan futbolçuların sayı çox olsun. Bu, bizi sevindirər. Ancaq Aleksey İsayev və Atilla Yıldırımın milliyə cəlb olunması yığmanın baş məşqçisi Qurban Qurbanovun qərarından asılıdır. Lazım bilsə, onları çağıracaq”.
R. Rəfiyev son olaraq, “Kapital Bank Arena”da gedən təmir işləri ilə bağlı danışıb: “Stadionumuzda yeni tribunanın tikintisi barədə danışıqlar son mərhələdədir. Ot örtüyü ilə bağlı deyə bilərəm ki, hava şəraiti normal olsa, noyabr ayının ortalarından oyunlarımızı doğma şəhərimizdə keçirə bilərik. Yeni tikiləcək tribunada həm azarkeşlər, həm də jurnalistlər üçün yaxşı şərait olacaq”.
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama
Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Mbappedən 60 ilin rekordu
“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq”
"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
Mbappe və Dembelenin qolları - Video
Azərbaycanın UEFA reytinqində əmsalı artdı
Avropa Liqasında 6 oyun keçirildi
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı
DÇ-2026: İlk yarımfinalçı Fransa oldu
Sabiq "Qarabağ"lı bu kluba keçdi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən danışdı
“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir