“Qələbəyə köklənmişdik. Oyuna ciddi hazırlaşmışdıq. Qapımız önündə yaradılan 1-2 epizodda qol buraxmağın qarşısını ala bilmirik. Biz hücum edirik, amma qapımıza qol vurulur”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqanın 6-cı turunda “Keşlə” ilə keçirilən oyundan (1:1) sonra deyib.
O, məğlubiyyətə baxmayaraq, futbolçulardan razı qaldığını bildirib: “İkinci hissədə matçın tempini artırdıq. Yenə qol imkanları yaratdıq, amma yalnız birindən istifadə edə bildik. Futbolçularımız üçün üzülürəm. Çox istəklidirlər, qalib gəlməyə çalışırlar. Futbolçularımızdan, onların istəyindən, oyunundan, sürətindən razıyam. Amma qol imkanlarını qaçırırıqsa, onlara da psixoloji cəhətdən təsir edir. Çalışırıq ki, onları bu vəziyyətdən çıxaraq. Lakin qol vursaq, fərqli durum yaranacaq. Oyun üslubumuzda inkişaf var. Bunu video analizlər də göstərir. İmkanları yaratmağın üzərində məşqlərdə çalışırıq, lakin artıq bunu qola çevirmək ustalıqdır. Burada psixoloji durum da önəmlidir. Bugünkü oyuna baxsaq, iki xal itirdik”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti