Rusiyanın “Matç TV” telekanalının şərhçisi Elvin Kərimov “Arsenal”ın yarımmüdafiəçisi Henrix Mxitaryanın Bakıya səfəri məsələsinə münasibət bildirib.
Qol.az-ın “sport24.ru” saytına istinadən yaydığı xəbərə görə, azərbaycanlı jurnalist erməni futbolçu ilə bağlı vəziyyətin mürəkkəb olduğunu söyləyib:
“Mxitaryanla bağlı vəziyyət bir qədər qəlizdir. Heç bir idmançı belə bir durumla üzləşməməlidir. Avropa Liqasının finalı da Bakıda keçiriləcək, ona görə bu problemi həll etmək vacibdir. İdman insanları birləşdirir, qarşılıqlı ünsiyyətə kömək edir”.
Qeyd edək ki, “Arenal”ın Mxitaryanı Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”la oyun üçün Bakıya gətirib-gətirməyəcəyi hələ də bilinmir. Görüş oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək və 20:55-də başlayacaq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti