"Qarabağ"ı təbrik edirəm. Layiqli qələbə qazandılar. Komanda olaraq bizdən üstündülər. Bacardığımız qədər çalışdıq. Futbolçuların 1 xallıq əziyyətləri var idi”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqanın 6-cı turunda “Qarabağ”a uduzduqları (0:2) oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.
- "Sumqayıt"a 1:4 hesabı ilə məğlub olmağınız daha ağır idi, yoxsa "Qarabağ"a 0:2 hesablı məğlubiyyət?
- Bu gün "Qarabağ” ilk qolu vuranda necə sevinirdi!? Bunu hamı gördü. "Sumqayıt"la oyunu yadımdan çıxarmaq istəyirəm. O gün ağır gün olmuşdu. "Qarabağ"la "Sumqayıt" arasında fərq çoxdur.
- Komandanın Marko Deviçdən asılı olduğu hiss edilir. Bu barədə düşüncələriniz nədir?
- Deviç komanda yoldaşlarından daha təcrübəlidir. Amma biz bir futbolçudan asılı deyilik. Hər bir oyunçumuzdan qol gözləyirik. Hər bir futbolçunun qol vurmasını istəyirik.
- "Sabah"ın liqada belə göstəricilərə sahib olması komandada arxayınlıq yaradırmı?
- Əsas hədəfimiz liqada qalmaqdır. Çalışacağıq bütün qarşılaşmalarda yaxşı oyun sərgiləyək. "Qarabağ", "Neftçi" kimi komandalara qarşı müdafiədən oynamaq məcburiyyətində qalırıq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti