“Bizim üçün ağır oyun oldu. İkinci hissədə rəqibdən daha yaxşı oynadıq. Lazım olan qolları vuraraq, qələbə qazandıq. “Sabah” çox yaxşı mübarizə apardı. Üç xal qazandığımız üçün sevincliyik”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Araz Abdullayev Topaz Premyer Liqasında 6-cı turunda səfərdə “Sabah”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, mərkəz hücumçusu mövqeyində oynamağına da münasibət bildirib: “Baş məşqçimiz məni hansı mövqedə oynadırsa, çalışıram ki, yaxşı oynayıb, özümü doğruldum. İstər hücumun sivri ucunda, istərsə də cinahlarda. Düzdür, mərkəz hücumçusu mənim mövqeyim deyil. Amma mövqeydən aslı olmayaraq, əsas fikrim komandama kömək etməkdir”.
26 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları “Arsenal” haqda da danışıb: “Arsenal” bildiyiniz kimi çox güclü komandadır. İlk oyun öz meydanımızda olacaq. Çalışacağıq ki, xalqımıza gözəl oyun göstərək və yaxşı nəticə qazanaq. “Arsenal”ın qələbə seriyası bizi qorxutmur. Biz də Premyer Liqada yaxşı nəticələr əldə etməyə davam edirik. Hamımız istəyirik ki, maksimum nəticə qazanaq və qrupdan çıxaq”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti