Rüfət Dadaşov Almaniyada ən yaxşı seçildi

Rüfət Dadaşov Almaniyada ən yaxşı seçildi
ÖLKƏ FUTBOLU 28 Sentyabr 2018 / 17:50 4098
-  A +

Millimizin sabiq üzvü Rüfət Dadaşov Almaniya 3-cü Bundesliqasında 9-cu turun oyunçusu seçilib.

Qol.az-ın "liga3-online.de"yə istinadən yaydığı xəbərə görə, "Proyssen"in hücumçusu azarkeşlər arasında keçirilən sorğunun qalibi olub.

O, 5500 səsin 37 faizini toplayıb. "Kayzerslautern"in üzvü Kristian Kühlvetter 34 faiz səslə 2-ci, "Karlsrue"dən  Anton Fink isə 17 faiz səslə 3-cü olub.

Qeyd edək ki, Dadaşov 9-cu turda "Hanza Rostok"a qarşı matçda (4:1) het-trik edib. 29 yaşlı forvard geridə qalan 9 turda 5 qol və 1 məhsuldar ötürmə ilə komandasına fayda verib.

Daha çox


Son xəbərlər
21.03.26  10:55

"Milan"Leaunu itirdi

topaz banner