"Qarabağ"ın oyunlarının nəticələrini izləyirəm. Hərdən klubun bəzi işçiləri ilə əlaqə saxlayıram. Onların güclü komandası var. "Vorskla" üçün "Qarabağ"la həm ev, həm də xüsusən səfər oyunu çətin olacaq. "Qarabağ" hazırlıqlı komandadır və Avropa turnirlərinin təcrübəsi onların tərəfindədir".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Sergey Kravçenko Ukrayna mətbuatına müsahibəsində deyib. Hazırda ölkəsi Ukraynanın "Dnepr-1" klubunun şərəfini qoruyan 35 yaşlı yarımmüdafiəçi "Vorskla"nın "Arsenal"la oyunu haqda da danışıb: "Arsenal"ın baş məşqçisi Unay Emerinin meydana döyüşkən heyət buraxması məni təəccübləndirdi. Deməli, "Vorskla"ya hörmət edirlər. Poltavalılar "Emirates" stadionunda iki qol vurdu və böyükhesablı məğlubiyyətdən qurtulmağı bacardı. Belə müsbət emosiyalar "Vorskla"ya "Zarya" ilə çempionatın prinsipial matçında qalib gəlməkdə kömək etdi".
S.Kravçenko "Vorskla"nın Avroliqada qrupdan çıxmaq şanslarını da dəyərləndirib: "Ümid sonda ölür. Hərçənd, açıq danışsaq, "ağ-yaşıllar" çətin ki, sensasiya edə bilsinlər".
Qeyd edək ki, "Qarabağ" və "Vorskla" arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, cavab görüşü noyabrın 8-də Poltavada olacaq.
Xatırladaq ki, S.Kravçenko 2005-ci ildə "Qarabağ"da çıxış edib.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti