"Azərbaycan millisinə yenidən çağırılsam, buna görə yalnız fəxr edər və xoşbəxt olaram"
"Proyssen" klubunun hücumçusu Rüfət Dadaşov "Bild" nəşrinə müsahibə verib. Qol.az-ın məlumatına görə, Almaniya 3-cü Liqasının son turunun "Hansa" ilə matçında het-trik etməsindən danışan azərbaycanlı futbolçu maraqlı fikirlər səsləndirib.
- Yəqin ki, belə gözəl qələbədən sonra gecəni yaxşı yatmısınız...
- Qətiyyən. Çünki adətən oyunlardan sonra uzun müddət oyaq qalıram, bir az həyəcanlı oluram. Bu dəfə hər şey daha ekstrimal oldu. Çətinliklə də olsa, yatağıma uzandım.
- Bir oyunda 3 qol vurdunuz. Bunu tez-tez edirsiniz?
- Açığı, həqiqətən xatırlamıram. Bəlkə də "Dinamo"da edirdim.
- 6 dəqiqəyə 2 dəfə fərqləndiniz. Həmin vaxt nə düşündünüz?
- Heç nə. Hər şey çox ani oldu. Düşünməyə vaxt qalmadı. Ancaq hər şey əla alındı.
- Müəyyən çətinlikdən sonra deyəsən, 3-cü liqaya uyğunlaşa bildiniz...
- Mən də belə düşünürəm. Bu, bir az vaxt apardı. Amma həmin ərəfədə çox çalışdım. Əslində regional liqa ilə bu çempionat arasında böyük fərq var.
- Baş məşqçinin sizə inanması nə dərəcədə vacibdir?
- Çox vacibdir. 3-4 həftə öncə məşqçilər korpusu ilə söhbətimiz oldu. Bildirdilər ki, çempionata uyğunlaşmağım üçün növbəti matçlarda oynamaq şansı qazanacağam. Bu, mənim üçün əlavə stimul oldu. Etimadı doğrultduğum üçün şadam.
- Cümə günü yenə oyununuz var. Bu cür sıx qrafikdə necə dincəlirsiniz?
- Rəfiqəm Laura və fransız itimlə uzun yürüşlərə çıxıram. Şəhərin şərq hissəsində, kanalın yaxınlığında yaşayırıq. Orada gəzmək əladır. Burada özümüzü çox rahat hiss edirik.
- Oyunlardan öncə xüsusi ritual yerinə yetirirsiniz?
- Hə, oyun başlamazdan öncə boynumdan asdığım xaçı öpürəm. Mən rus pravoslav dinindənəm, onun tələblərini yerinə yetirir və buna uyğun yaşayıram. Meydana ayaq basanda isə xaç çevirirəm. Amma bu publika yox, özüm üçündür.
- Sonuncu dəfə 4 il əvvəl Azərbaycan millisinin formasını geyinmisiniz. "Proyssen"də qolları sıralayırsınız. Yenidən yığmaya qayıdacağınıza inanırsınız?
- Azərbaycan millisində 16 oyun keçirmişəm. Yığmaya hər an dəvət almaq olar. Yenidən çağırılsam, buna görə yalnız fəxr edər və xoşbəxt olaram.
"Liverpul" Salahı itirdi
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
Stadionu 999 illiyə icarəyə götürdülər
Yankoviç və Koxalski milliyə çağırıldılar
“Rauf Cabarov sağ olsun, nəticə yaxşıdır“ - Video
“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” - Cenk Sümer
"Milan"Leaunu itirdi
Hidayət Heydərov mübarizəyə başlayır
Hakimi Afrika Kubokundan imtina etdi!
Bu fotoya görə millidən kənarlaşdırıldı
Renat Dadaşovun komandası lideri məğlub etdi
"Napoli" erkən qolla qalib gəldi - Video
“Azarkeşlərimizdən üzr istəyirəm” - Kaşkilya