“Əsas nəticə əldə etməkdir. Oyunu udmaq, ən azı meydanı 1 xalla tərk etmək istəyirdik. Təəssüf ki, belə alındı”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin yarımmüdafiəçisi Mirsahib Abbasov Topaz Premyer Liqanın 1-ci turundan təxirə salınmış oyunda “Qarabağ”a 2:3 hesablı məğlubiyyətdən sonra jurnalistlərə açıqlamasında deyib. Komandasının hər iki qoluna imza atan futbolçu təəssüratlarını bölüşüb:
“Meydana çıxanda qol vurmaq barədə düşünürdüm. İlk epizodda topu qəbul edib bir az irəlilədim və qapını görən kimi zərbə vurdum. Düşünürəm ki, pis alınmadı. İkinci qolda isə hazır vəziyyətdə dayanmışdım. Bilirdim ki, komanda yoldaşım ötürmə verəcək. Həmin vaxt topu hara göndərəcəyimi bilirdim. İlk qolda isə sadəcə qapıya vurdum, qol oldu”.
Qara zolağa düşdüklərini bildirən Abbasov 1 qələbənin komandanı vəziyyətdən çıxaracağına inandığını söyləyib: “Bir çox qarşılaşmalarda qələbəyə, ən pis halda 1 xala layiq oyun göstərmişik. Ancaq uduzmuşuq. Yəqin, nəsə çatışmır. Məncə, bugünkü matçın ədalətli nəticəsi heç-heçə olmalıydı. Növbəti turda “Sumqayıt”la qarşılaşacağıq. Həmin oyunda qələbə qazanmağa çalışacağıq. Məncə, qalib gəlsək, qara zolaqdan çıxa bilərik”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti