“Çalışırıq ki, bütün oyunlarda qələbə qazanaq. Hüçümçu olduğum üçün vəzifəm qol vurmaqdır. Bunun üçün də əlimdən gələni edirəm. Bu oyun ötən turdakı “Qəbələ” ilə matçdan daha çətin keçdi. Qələbə qazandığımız üçün sevincliyəm”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu İnnosent Emeqara Topaz Premyer Liqanın 1-ci turundan təxirə salınmış “Zirə” ilə matçdan (3:2) sonra jurnalistlərə açıqlamasında deyib.
O, Avroliqanın qrup mərhələsinin “Arsenal”la oyununda qol vurmaq istədiyini söyləyib: “Arsenal”a qol vurmaq istəyərdim. Niyə də olmasın? Rəqibdən rəqibə motivasiyada fərq olur. “Arsenal”la oyunda daha yaxşı oynamağa məcburuq”.
29 yaşlı hücumçu Premyer Liqada əsas rəqib olaraq “Neftçi”ni gördüyünü bildirib: “Əsas rəqib olaraq “Neftçi”ni görürəm. Bizimlə eyni xala malikdirlər. Bizim təqvimimiz çətin olduğu, daha çox oyun keçirəcəyimiz üçün onlar bundan istifadə etməyə çalışacaqlar. Məncə, hələlik çempionluq uğrunda əsas rəqib “Qəbələ” yox, “Neftçi”dir”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti