"Zenit"in yetirmələri olan, ancaq hazırda bu klubda oynamayan futbolçulardan əla komanda yaratmaq olardı".
Qol.az-ın xəbərinə görə, bu fikirləri məşhur şərhçi Vasili Utkin "Moskvanın səsi" radiosunun efirində səsləndirib. "Zenit"in aşağı yaş qruplarından yetişən futbolçulara lazımı diqqət ayırmadığını vurğulayan rusiyalı şərhçi Ramil Şeydayevin Azərbaycan millisinin seçməsinə də münasibət bildirib:
"Zenit" öz resurslarına ümumiyyətlə baxmır. Biz müxtəlif formalarda bunun şahidi oluruq. Elə götürək Aleksandr Qorşkovun "Zenit"in əvəzedici komandasından qovulmasını. Yaxud da milliyətcə azərbaycanlı olan Ramil Şeydayevi xatırlayın, hansı ki, sonda elə Azərbaycan vətəndaşlığını qəbul etdi. Türkiyədə oynamağa cəhd göstərdi. Əla mərkəz hücumçusu idi. Düzdür, onun Azərbaycan millisini seçməsi və Türkiyəyə getməsi də axmaqlıq idi. Təklifləri olsa da, "Zenit"də qala bilərdi. Bütün bunlar mənə qəribə gəlir".
Qeyd edək ki, 2013-2016-cı illərdə "Zenit"in həm əvəzedici, həm də əsas komandasında çıxış edən Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirmişdi. 22 yaşlı forvard hazırda isə "Krılya Sovetov"da forma geyinir.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti