“Astana”da ilk qolumu vurduğuma görə şadam”.
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda şərəfini qoruduğu “Astana” klubunun saytına verdiyi açıqlamada bildirib.
Braziliyalı futbolçu dünən Qazaxıstan çempionatının 27-ci turunun “Akjayık”la səfər matçının 23-cü dəqiqəsində penalti ilə hesabı açıb. Oyun Almeydanın komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Almeyda bu qolu komanda yoldaşlarına, azarkeşlərə və matçı izləmək üçün dünən səhər Qazaxıstana gedən ailə üzvlərinə həsr etdiyini söyləyib:
“Əlbəttə, bütün futbolçular kimi, qol vurmaq mənə də xoşdur. Amma qarşıma çox qol vurmaq vəzifəsi qoymuram. Komandama öz oyunumla kömək etmək istəyirəm. Əgər alınsa, bunu qol vurmaqla etmək isə məni ikiqat xoşbəxt edər. Bütün bunlar komanda yoldaşlarıma ötürmə etməyimə mane olmayacaq”.
Əlavə edək ki, bu görüşdə start heyətdə meydana çıxan R.Almeyda 46-cı dəqiqədə əvəzlənib.
26 turdan sonra "Astana" 61 xalla 1-ci pillədə qərarlaşıb.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?