“Uğurlu nəticə qazandığımız üçün xoşbəxtəm. Komanda olaraq baxımlı oyun sərgilədik. Düşünürəm ki, bu qələbə qarşıdakı oyunlarım üçün bizə yaxşı motivasiya verdi”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir Topaz Premyer Liqasının 5-ci turunda “Qəbələ”ni 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, qol vurmağının əsas məsələ olmadığını bildirib: “Qol vurduğum üçün çox sevinirəm. Ancaq əsas olan komandamızın yaxşı oyun göstərməyi, qələbə qazanmağıdır. İlk növbədə bu önəmlidir. Premyer Liqada heç bir klubu xüsusi qeyd etməzdim. Bütün oyunlar çətin keçir. Klublar bizlə matça yaxşı köklənir. Hər oyuna qələbə üçün çıxırıq. Hədəfimizə addım-addım yaxınlaşırıq”.
26 yaşlı futbolçu bugünkü qələbənin önəmli olduğunu söyləyib: “Sportinq”ə məğlubiyyətdən sonra bu qələbə çox önəmli idi. Vəziyyəti tez bir zamanda pozitiv yönə çevirmək istəyirdik. Bu oyun qeyd etdiyim cəhətdən önəmli idi”.
A. Zubir artıq komandaya uyğunlaşmağa başladığını deyib: “Mən öz ənənəvi oyunumu oynayıram. Sadəcə, ilk gəldiyim vaxtla müqayisədə, indi komanda yoldaşlarımla bir-birimizi daha yaxşı tanıyırıq deyə, bu da oyunuma yaxşı mənada təsir edir”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?