Topaz Premyer Liqasının V turunda "Zirə”nin qonağı olan “Neftçi”nin baş məşqçisi Roberto Bordin oyunsonrası mətbuat konfransı keçirib.
Qol.az-ın xəbərinə görə, italiyalı mütəxəssis əvvəlcə 2:1 hesablı qələbə haqda fikirlərini bildirib.
- Rəqib bu gün ciddi müqavimət göstərdi. “Zirə” qalib gəlmək əzmində idi. Qeyd edim ki, “Zirə” haqq etdiyi mövqedə deyil. Biz bu gün yaxşı oynadıq.
- Samir Abasovla aranızdakı mübahisəyə aydınlıq gətirməyinizi istəyərdik…
- Bunu konflikt kimi qələmə verməzdim. Sadəcə, anlaşılmazlıq yaşandı. Düşünürəm ki, nə mən, nə də həmkarım bununla komandalarımıza fayda vermədik. Peşmanam.
- Mirabdulla Abbasovu millimizdə görürsünüzmü və Qurban Qurbanov sizdən məsləhət alsa, belə bir tövsiyə edərsinizmi?
- Komandamdan istənilən futbolçu milliyə dəvət alırsa, bu, məni sevindirir.
- Qol vurduqdan sonra müdafiəyə çəkilirsiniz. Müdafiədə isə etibarlı oynamırsınız. Ümumiyyətlə, komandanız hesabda önə keçdikdən sonra müdafiəyə çəkilmək sizin tapşırığınızdı?
- Futbol müdafiə və hücumdan ibarətdi. Qol vurduqdan sonra da hücumlar qurduq. Ümumilikdə komandam yaxşı oyun göstərdi.
- İlk turlarla müqayisədə, hücum xəttində yetərincə rotasiyalara əl atdınız. Bunu nə ilə izah edə bilərsiniz?
- Məşqlər ərzində özlərini ən yaxşı tərəfdən göstərən futbolçulara şans tanıyırıq. Bizi sevindirir ki, rotasiyalar üçün əlimizdə yetərincə futbolçu var.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?