"Çətin oyun oldu. Rəqibimiz çox yaxşı futbol oynadı. Birinci hissədə qol epizodları yaratsaq da, hesabı aça bilmədik. İkinci hissədə isə bu fürsətdən istifadə etdik və ilk qolu vurduq".
Qol.az-ın məlumatına görə, bu sözləri Portuqaliyanın "Sportinq" klubunun kapitanı Luiş Nani Avropa Liqasının qrup mərhələsinin ilk turunda evdə "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra yerli mətbuata açıqlamasında deyib.
İlk qolun ötürməsini verən portuqaliyalı oyunçu komandasına kömək etdiyi üçün xoşbəxt olduğunu söyləyib: "Üç xal qazanmağımıza kömək etdiyim üçün şadam. Düzgün yolda irəliləyirik və belə də davam edəcəyik”.
Nani "Arsenal”ın E qrupunun favoriti olduğunu bildirib: "Bu komanda Çempionlar Liqası səviyyəsindədir. Ancaq biz də "Arsenal”la oyunlarda 6 xal qazanmağa çalışacağıq. İndiki vəziyyətdə futbolda dəqiq favorit və udulmuş oyun yoxdur".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?