“Ümumilikdə, oyun pis keçmədi. Qurban müəllimin bəzi taktiki gedişlərini uşaqlar maksimum yerinə yetirməyə çalışırdılar. Sadəcə, nəticədə rəqibin ustalıq səviyyəsi öz sözünü dedi. Bizim də iki qol imkanımız oldu, amma istifadə edə bilmədik. Rəqib isə əksinə, əlinə düşən imkanları qola çevirdi”
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə “Sportinq”ə 0:2 hesabıyla uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Zədə səbəbindən oyunda iştirak edə bilməyən təcrübəli müdafiəçi rəqib futbolçuların ustalıq səviyyəsinin yüksək olduğunu söyləyib:
“Bütün qollar səhvlər nəticəsində vurulur. 90 dəqiqə avrokubok oyunlarında səhvsiz oynamaq çətindir. Yenə deyirəm, əsas məsələ ustalıq səviyyəsinin fərqi idi. “Sportinq” son vuruşlarda bizdən dəqiq oldu”.
36 yaşlı futbolçu belə hesab gözləmədiyini bildirib: “Belə nəticə gözləmirdim. Çox adam gözləyirdi ki, bu gün “Qarabağ” açıq-aşkar məğlub olacaq. Amma mən inanırdım ki, yaxşı nəticə ilə dönə bilərik. Bunun üçün də son vuruşlarda dəqiq olmaq lazım idi. Təbii ki, rəqib bizdən üstündür. Amma yenə də düşünürdüm ki, bu gün xalla geri dönə bilərdik. Açığı, çətin qrupa düşmüşük. Buna baxmayaraq, qarşıdakı oyunlarımızın gedişatından aslı olaraq yaxşı nəticə qazana bilərik. Hər oyun fərqli olur. Bugünkü oyun isə tamam başqa cür alındı. Qrup matçlarının hamısından ümumilikdə nə qədər xal qazana biləcəyimizi indidən proqnoz vermək çətindir”.
R. Sadıqov zədəsi haqda da danışıb:
“Həkimlərin qoyduğu diaqnoza görə, bir həftə, on gün tam dayanmaqdır. Oyuna da artıq iki həftə qalıb. Tam hazır olsam, məşqçilər etimad göstərsə, oynayacağam. Əsas odur ki, komandaya xeyir verəsən. Xeyir verməsən, meydanda olmağın mənası yoxdur”.
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi
Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
Aydın Bayramov: "Heç nə həll olunmayıb" - Video