"Yuventus"un yarımmüdafiəçisi Əmrə Can dünən Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun "Valensiya" ilə səfər oyununda (2:0) komanda yoldaşı Kriştiano Ronaldonun qırmızı vərəqə aldığı epizoda münasibət bildirib.
Qol.az-ın "Goal.com"a istinadən yaydığı xəbərə görə, türk əsilli alman futbolçu matçın baş hakimi Feliks Brixin qərarının düzgün olmadığını söyləyib:
"Eşitdiyimə görə, hakim qırmızı vərəqəni Ronaldoya rəqibin saçından dartdığı üçün göstərib. Biz qadın deyilik, futbol oynayırıq. Əgər belə şeyə görə "qırmızı" verirsənsə, onda istənilən qayda pozuntusu zamanı oyunçunu meydandan qovmalısan. Yüz faiz deyirəm ki, qırmızı vərəqə göstərilməməliydi".
Qeyd edək ki, Ronaldo matçın 29-cu dəqiqəsində rəqib futbolçuya qarşı kobud oynadığı üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 33 yaşlı futbolçu meydanı tərk edərkən göz yaşlarını saxlaya bilməyib.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?